Azərbaycan həndbolçuları Türkiyə çempionatında 21 qol vurublar
30.03.2008 - 12:12
Bakı. Kənan Həsənov-APA-Sport. Türkiyə həndbol Superliqasında 19-cu turun görüşləri keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Vadim Skreptsov, Eldar Fərəcov, Oleq və Sergey Georgiyevski qardaşlarının şərəfini qoruduğu “Trabzon Bələdiyyəsi” doğma meydanda “Polis Akademiyası”na qalib gələ bilməyib. Gərgin keçən matçda heç-heçə (35:35) qeydə alınıb. Trabzonluların qapısını qoruyan V.Skreptsovun oyunu iki, komandasının hesabına 21 xal yazdıran Georgiyevski qardaşları ilə E.Fərəcovun oyunu isə üç ulduzla qiymətləndirilib. Hesabında 20 xal olan “Trabzon Bələdiyyəsi” turnir cədvəlinin 7-ci pilləsində yer alıb. Valeri Porşkovun şərəfini qoruduğu “Beşiktaş” isə Superliqanın lideri “Mersin Yenişəhər Bələdiyyəsi” klubuna 31:25 hesabı ilə qalib gəlib. Əsas heyətdə mübarizə aparan həmyerlimizin oyunu iki ulduzla qiymətləndirilib. Hesabında 26 xal olan “Beşiktaş” turnir cədvəlinin 4-cü sırasında qərarlaşıb.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0