Pekin olimpiadasına lisenziya qazanan güləşçi Azərbaycan yığmasından uzaqlaşdırılır
30.03.2008 - 12:37
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın qadınlardan ibarət güləş yığma komandasının üzvü Yuliya Radkeviç millidən uzaqlaşdırıla bilər. Bu haqda “APA-Sport” agentliyinə yığmamızın baş məşqçisi Nazim Əlicanov məlumat verib. Onun sözlərinə görə, belaruslu legioner artıq bir neçə aydır məşqlərə qatılmır. Səbəb 55 kq çəki dərəcəsində çıxış edən güləşçimizin böyrəyindən müalicə olunmasıdır. N.Əlicanov bildirib ki, 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında millimizə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazandıran Y.Radkeviç hazırda arzuolunan formasından xeyli uzaqdır: “Avropa çempionatında Yuliyanın çəkisində Alyona Komarovanı sınayacağıq. Əgər Komarova etimadımızı doğrultsa, Radkeviçin millimizdəki karyerası sual altına düşə bilər. Hər şalda, qəti qərarı qitə birinciliyindən sonra qəbul edəcəyik”.
- Bakıda sumo əfsanəsi ilə görüş keçirilib - FOTO
- Federasiya Kuboku yarışının qalibləri müəyyənləşib
- Mingəçevirdə “Kürü keçək?!“ açıq suda üzmə yarışı başa çatıb - FOTO
- Zaur Əliyev: “Kürü keçək?!” yarışını gələcəkdə beynəlxalq səviyyədə təşkil etmək niyyətindəyik”
- Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı yekunlaşıb - FOTO
0
0