Azərbaycan güləşçilərinin Avropa çempionatında rəqibləri müəyyənləşib
01.04.2008 - 18:42
Tampere. Elşən Məmmədov-APA-Sport. Finlandiyanın Tampere şəhərində start götürən 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa çempionatında sabah sərbəst güləşçilərin mübarizəsinə yekun vurulacaq. “APA-Sport” agentliyinin məlumatına görə, artıq 60, 74 və 96 kq çəki dərəcəsində mübarizə aparacaq pəhləvanlar arasında görüşlərin püşkü atılıb. Azərbaycan güləşçilərindən Allahverdi Vəliyev (60 kq) və Xetaq Qazyumov (96 kq) mübarizəyə 1/16, Çamsulvara Çamsulvarayev (74 kq) isə 1/8 final mərhələsindən başlayacaq. Püşkə əsasən, A.Vəliyev ilk görüşünü Viorel Etko (Böyük Britaniya) ilə keçirəcək. X.Qazyumov Andreas Pierislə (Kipr) qarşılaşacaq. Artıq Pekin Olimpiadasına lisenziyanı təmin etmiş Ç.Çamsulvarayevin 1/16 finalda rəqibi olmayacaq. 1/8 finalda isə o, Qabor Hatos (Macarıstan) – Əhməd Gülhan (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.
- Vəfa Musayeva: "Everestə elə gedirdim ki, sanki Azərbaycan məni döyüşə göndərmişdi"
- "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır
- Everest qalmaqalı: Zirvəni fəth edən ilk azərbaycanlı qadın kimdir?
- Anyma Formula 1 Azərbaycan Qran-Prisində çıxış edəcək
- Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirilib
0
0