Azərbaycan cüdo yığması Rusiyada təlim-məşq toplanışı keçəcək
15.04.2008 - 14:27
Azərbaycan cüdo yığması Rusiyada təlim-məşq toplanışı keçəcək
Lissabon. Aqşin Əliyev - APA-Sport. Portuqaliyanın paytaxtı Lissabonda keçirilən cüdo üzrə Avropa çempionatında iştirak etmiş Azərbaycan milli komandası vətənə qayıdır. “APA-Sport” agentliyinin məlumatına görə, Lissabon - İstanbul - Bakı reysi ilə uçacaq 16 nəfərdən ibarət nümayəndə heyəti sabah səhər saatlarında paytaxtımıza çatacaq. Cüdoçular 3 günlük istirahıtin ardından növbəti dəfə səfərə yollanacaqlar. Belə ki, baş məşqçi Ağayar Axundzadənin rəhbərlik etdiyi kollektiv aprelin 19-dan 29-dək Rusiyanın Kislovodsk şəhərində təlim-məşqdə olacaqlar. Kislovodsk səfəri yığma üzvləri üçün əsasən bərpa xarakteri daşıyacaq. Pekin olimpidasına hazırlıq məqsədilə cüdoçularımız daha sonra Gəncədə, Rusiyanın paytaxtı Moskvada, həmçinin, Fransanın paytaxtı Parisdə təlim-məşq toplanışı keçəcəklər. Bundan başqa, yığmamız yerli şəraitə uyğunlaşmaq üçün Yay Olimpiya Oyunlarının startından bir neçə gün Pekinə yola düşəcək.
Qeyd edək ki, avqustda keçiriləcək olimpiadada ölkəmizin şərəfini 6 cüdoçu qoruyacaq.
0