Azərbaycanın bədii gimnastları Portuqaliyada dünya kubokunun mərhələ yarışında iştirak edəcəklər
18.04.2008 - 14:27
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın bədii gimnastları sabah Portuqaliyanın Portimau şəhərində start götürəcək dünya kubokunun növbəti mərhələ yarışında iştirak edəcəklər. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, bu nüfuzlu yarışda ölkəmizi Aliyə Qarayeva, Dinarə Gimatova və Zeynəb Cavadlı təmsil edəcək. Yarışın mükafatları uğrunda, həmçinin, Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prosolovadan ibarət qrup hərəkətləri üzrə milli komandamız mübarizə aparacaq. Dünya kuboku çərçivəsində yeniyetmələr arasında təşkil olunacaq beynəlxalq turnirdə isə Samirə Mustafayeva və Səbinə Abbasovanın çıxışı nəzərdə tutulub.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0