Gənclər və İdman Nazirliyinin şöbə müdiri Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişinin İdarəedici Şurasının iclasında iştirak edəcək
19.04.2008 - 12:58
Bakı. Elşən Məmmədov - APA-Sport. Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov Fransaya gedəcək. AGİN-in mətbuat xidmətindən «APA-Sport» agentliyinə verilən məlumata görə, İ. Mədətov Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişinin İdarəedici Şurasının Strasburq şəhərində növbəti iclasına qatılacaq. Aprelin 21-də başlayacaq toplantıda bir sıra məsələlərlə yanaşı, 2009-cu il üçün iş prioritetləri, Avropa Şurası tərəfindən dekabrın 11-12-də keçiriləcək idmana məsul nazirlərin 11-ci konfransına hazırlıq, idmanda rasizm və diskriminasiya hallarına qarşı mübarizə məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, İ. Mədətov EPAS-ın əsas orqanı olan İdarəedici Şuranın beş büro üzvündən biridir.
Qeyd edək ki, İ. Mədətov EPAS-ın əsas orqanı olan İdarəedici Şuranın beş büro üzvündən biridir.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0