Azərbaycan gimnastları Dünya kubokunun mərhələ yarışını medalsız başa vurublar
21.04.2008 - 09:47
Azərbaycan gimnastları Dünya kubokunun mərhələ yarışını medalsız başa vurublar
Bakı. Kənan Həsənov – APA-Sport. Portuqaliyanın Portimau şəhərində bədii gimnastika üzrə Dünya kubokunun növbəti mərhələ yarışı başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışa qatılan Azərbaycan təmsilçiləri uğursuz çıxış ediblər. Ayrı-ayrı növlər üzrə və çoxnövçülükdə Aliyə Qarayeva, Dinarə Gimatova və Zeynəb Cavadlı fəxri kürsüyə yüksələ bilməyib. Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prosolovadan ibarət qrup hərəkətləri üzrə milli komandamız da mükafatçılar sırasından kənarda qalıb. Dünya kuboku çərçivəsində yeniyetmələr arasında təşkil olunan beynəlxalq turnirdə isə Samirə Mustafayeva və Səbinə Abbasova medal qazana bilməyib.
0