Şəhriyar Məmmədyarov Pyotr Svidlerlə heç-heçə oynayıb
21.04.2008 - 16:10
Bakı. Kənan Həsənov – APA-Sport. Bu gün Bakıda şahmat üzrə Qran-Pri turnirinin birinci mərhələsi start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, birinci tur çərçivəsində milli komandamızın üzvü Şəhriyar Məmmədyarov rusiyalı Pyotr Svidlerlə qarşılaşıb. Ağ fiqurlarla oynayan beynəlxalq qrossmeysterimiz oyunun əvvəlində çətin vəziyyətə düşsə də, durumu bərabərləşdirməyi bacarıb. Nəticədə şahmatçılar 23-cü gedişdə xalları yarı bölməyə razılaşıblar.
Qeyd edək ki, 162000 avro mükafat fondu olan və dairəvi sistemlə keçirilən turnirdə 14 qrossmeyster iştirak edir. Yarışda ölkəmizi, həmçinin Teymur Rəcəbovla Vüqar Həşimov təmsil edir.
Qeyd edək ki, 162000 avro mükafat fondu olan və dairəvi sistemlə keçirilən turnirdə 14 qrossmeyster iştirak edir. Yarışda ölkəmizi, həmçinin Teymur Rəcəbovla Vüqar Həşimov təmsil edir.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0