Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Lefkoşaya yollanacaqlar
22.04.2008 - 16:00
Bakı. Elşən Məmmədov-APA-Sport. Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşaya yollanacaqlar. Bu haqda «APA-Sport» agentliyinə məlumat verən Xəzər İsayev Avropa Ədalətli Oyunlar Komitəsinin İcraiyyə Komitəsinin toplantısına qatılacaqlarını bildirib. X.İsayevin sözlərinə görə, mayın 2-də öz işinə başlayacaq iclasa qonaq qismində dəvət alıblar. Üç gün davam edəcək toplantıda 2009-cu il Avropa Ədalətli Oyunlar Komitəsinin Baş Assambleyasının Bakıda keçirilmə məsələsi müzakirə olunacaq. İcraiyyə Komitəsi üzvləri bu məsələ ilə bağlı qəti qərar verəcəklər.
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0