Azərbaycan kikboksinqçiləri sabah dünya çempionatında mübarizəyə qoşulacaqlar
06.05.2008 - 10:59
Limasol. Elşən Məmmədov-APA-Sport. Sabah Kiprin Limasol şəhərində Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyası (WPKA) versiyası üzrə dünya çempionatının startı veriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında təşkil olunacaq yarış döyüşlər kikboksinqin lou-kik, ful-kontakt, oriental, layt-kontakt və semi-kontakt versiyalarında olacaq. Dörd gün davam edəcək dünya çempionatında Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq. Kişilərin mübarizəsində Zaur Məmmədov, Emil Kərimov (hər ikisi 53,5 kq), Nurlan Qədimov (56,5 kq), Eduard Məmmədov, Elnur Dəryagir (hər ikisi 60 kq), Bəxtiyar İskəndərzadə, Rəhim Allahverdiyev (hər ikisi 64,5 kq), Araz Pirməmmədov (67 kq), Kənan Sadıqov (72,5 kq), Kamil Kərimov, Xəyal Əhmədov (hər ikisi 76 kq), Ehram Məcidov, Fuad Zeynalov (hər ikisi 82 kq), Hüseyn Hüseynov (88,5 kq) və Hafiz Baxşəliyev, Güloğlan Cabbarov (hər ikisi +88,5 kq) müxtəlif versiyalarda qüvvələrini sınayacaqlar. Yeniyetmələrdən Şaban Şahpələngov (45 kq) layt-kontakt, gənclərdən Qulam Əkbərli (85 kq) semi-kontaktda yarışacaq. Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev isə veteranlar arasında döyüşəcək.
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
0
0