Şəhriyar Məmmədyarov: “Güclü şahmatçıların qatılmadığı turnirdə oynamağa alışmamışam”
06.05.2008 - 11:52
Bakı. Kənan Həsənov – APA-Sport. “Daha yüksək nəticə göstərmək istəyirdim. Bakıda oynadığımdan çox riskə getdim. Bu səbəbdən bəzi partiyalarda məğlub oldum. Halbuki həmin görüşlərdə heç-heçə də edə bilərdim”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Bakıda təşkil olunan Qran-Pri turnirində çıxışını dəyərləndirən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov mətbuat konfransında deyib. Beynəlxalq qrossmeyster növbəti analoji yarışlarda daha ehtiyatlı oynayacağını bildirib: “Vladimir Kramnik, Vişvanatan Anand və Veselin Topalov kimi güclü şahmatçıların qatılmadığı turnirdə oynamağa alışmamışam. Hər halda, yarış maraqlı idman mübarizəsi şəraitində keçdi. Böyük uğur qazanmaq üçün növbəti mərhələlərdə daha ehtiyatlı oynamalıyam. İstərdim ki, gələcəkdə Bakıda dünya çempionatı və şahmat olimpiadası da təşkil olunsun”.
Qeyd edək ki, Qran-Pri turnirində 7,5 xal toplayan Ş.Məmmədyarov rusiyalı Aleksandr Qrişukla 4-5-ci yerləri bölüşdürüb.
Qeyd edək ki, Qran-Pri turnirində 7,5 xal toplayan Ş.Məmmədyarov rusiyalı Aleksandr Qrişukla 4-5-ci yerləri bölüşdürüb.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0