Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayevin iki illik cəzası bu gün başa çatıb
06.05.2008 - 15:20
N.Paşayev iki il öncə Polşanın Vladislavovo şəhərində keçirilmiş Avropa çempionatında dopinq testdə ilişmişdi. Qanından istifadəsi qadağan olunmuş dərman preparatı tapılan atlet iki il müddətinə İWF-in bayrağı altında keçirilən bütün turnirlərdən kənarlaşdırılmışdı. 26 yaşlı idmançı artıq bu gün Rusiyanın paytaxtı Moskvada yığma komandanın heyətində təlim-məşq toplanışına başlayıb. Onun qatılacağı ilk turnir isə mayın axırlarında Bakıda təşkil ediləcək “Federasiya kuboku” olacaq. Son iki ildə rəsmi yarışlardan kənarda qalmasına baxmayaraq, N.Paşayevin Pekin Yay Olimpiya Oyunlarına aparılacağı dəqiqləşib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0