Gələn ilin oktyabrında Bakıda Avropa Ədalətli Oyunlar Komitəsinin Konqresi və Baş Assambleyası keçiriləcək
06.05.2008 - 16:00
Bakı. Elşən Məmmədov-APA-Sport. Avropa Ədalətli Oyunlar Komitəsinin Konqresi və Baş Assambleyası 2009-cu ilin oktyabrında Bakıda keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında keçirilən mətbuat konfransında qurumun vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, toplantının ölkəmizdə təşkil edilməsi barədə qərar Avropa Ədalətli Oyunlar Komitəsi İcraiyyə Komitəsinin az öncə Kiprdə keçirilmiş Baş Assambleyasında qəbul edilib: “Ədalətli oyunlar beynəlxalq olimpiya hərəkatının ayrılmaz hissələrindən biridir. Belə tədbirin Bakıda keçirilməsi həm Milli Olimpiya Komitəsinə, həm də Azərbaycan Ədalətli Olimpiya Komitəsinə göstərilən yüksək etimadın nəticəsidir”. Toplantının konkret tarixi və gündəliyi gələn ilin mayında Bakıda təşkil olunacaq Avropa Ədalətli Oyunlar Komitəsi İcraiyyə Komitəsinin toplantısında müəyyənləşəcək.
Qeyd edək ki, Kiprdə keçirilmiş iclasda Ç.Hüseynzadə ilə bərabər, MOK-un digər vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komitəsinin sədri Xəzər İsayev də iştirak edib.
Qeyd edək ki, Kiprdə keçirilmiş iclasda Ç.Hüseynzadə ilə bərabər, MOK-un digər vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komitəsinin sədri Xəzər İsayev də iştirak edib.
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
0
0