Teymur Rəcəbov “M-Tel Masters” superturnirinin birinci dövrəsində qələbə qazana bilməyib
13.05.2008 - 09:56
Belə ki, həmyerlimiz dünyanın adlı-sanlı altı qrossmeysterinin mübarizə apardığı birinciliyin V turunda da itki ilə üzləşib. Qara fiqurlarla bolqarıstanlı İvan Çeparinova qarşı oynayan şahmatçımız ardıcıl dördüncü partiyada yarım xalla kifayətlənib. Hesabat turunda keçirilən digər görüşlərdə Vasili İvançuk (Ukrayna) beşinci qələbəsini Levon Aronyan (Ermənistan) üzərində qazanıb. Reytinq favorit Veselin Topalov (Bolqarıstan) isə Bu Xianqzini (Çin) məğlub edib.
V turdan sonra turnir cədvəlinə maksimum nəticə göstərən V.İvançuk başçılıq edir. V.Topalov 3,5, İ.Çeparinov və T.Rəcəbov 2, L.Aronyan 1,5, B.Xianqzi 1 xal toplayıb. Sabah VI tur çərçivəsində V.İvançuk - T.Rəcəbov, V.Topalov - L.Aronyan, B.Xianqzi – İ. Çeparinov oyunları keçiriləcək.
Reqlamentə əsasən, şahmatçılar dairəvi sistemlə iki dövrədə mübarizə aparacaqlar.

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0