Azərbaycan sumoçuları Litvada keçirilən beynəlxalq turnirdən 1 qızıl, 2 gümüş medalla qayıdırlar
19.05.2008 - 13:18
Şyaulyay. Elşən Məmmədov-APA-Sport. Litvanın Şyaulyay şəhərində keçirilən sumo üzrə beynəlxalq turnirə yekun vurulub. Yarışda çıxış edən Azərbaycan yığması 1 qızıl, 2 gümüş medal qazanıb. Bu haqda «APA-Sport» agentliyinə millimizin baş məşqçisi Rüfət İsmayılov məlumat verib. Onun sözlərinə görə, idmançılarımızdan Samir Abdullayev (85 kq) I, Səlim Ələkbərov (85 kq) və Rəşad Bağıyev (115 kq) isə II yeri tutublar. Bu nəticələrlə yığmamız ümumi komanda hesabında II olub.
- Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib
- Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
0
0