Azərbaycanın açıq çempionatının qalibi Gürcüstan idmançısı olub
19.05.2008 - 14:15
Bakı. Elşən Məmmədov-APA-Sport. Gürcüstan idmançısı Dato Cavaxiya Bakıda keçirilən K-1 üzrə Azərbaycanın açıq çempionatının ikinci mərhələsinin qalibi olub. Bu haqda “APA-Sport” agentliyinə K-1 döyüşlər şəbəkəsinin ölkəmizdəki nümayəndəsi Azər Həsənsoy məlumat verib. Onun sözlərinə görə, İctimai Televiziyanın çəkiliş meydançasında baş tutan yarışın finalında D.Cavaxiya həmyerlimiz İlkin Şirinovu məğlubiyyətə uğradıb. 70 kq çəki dərəcəsində keçirilən döyüşlərə ümumilikdə 8 idmançı qatılıb. Nahid Əsədov (75 kq) isə D-8 versiyasında Azərbaycan kəmərinin müdafiəsi uğrunda döyüşdə Rza Əmiraslanovu yenib.
Qeyd edək ki, ümumilikdə ölkə çempionatı 4 mərhələdən ibarət olub. İlkin mərhələnin qalibi Pərviz Abdullayev olub. Növbəti raundlar iyun və iyul aylarında təşkil ediləcək. Bütün mərhələlərin qalibləri isə sentyabrda finalda üz-üzə gələcəklər.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0