Zemfira Meftahəddinovanın Pekin Olimpiadasına aparacağı silah İtaliyada təmir olunub
26.05.2008 - 13:15
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın stend atıcısı Zemfira Meftahəddinovanın Pekin Yay Olimpiya Oyunlarında istifadə edəcəyi silah İtaliyanın Breşia şəhərində təmir olunub. Bu barədə “APA-Sport” agentliyinə milli komandanın baş məşqçisi Hafiz Cəfərov məlumat verib. Onun sözlərinə görə, təmir işləri yığmamızın Breşia yaxınlığındakı Lonato şəhərində təlim-məşq toplanışı keçdiyi zaman aparılıb. Sidney Olimpiadasının qalibi Z.Meftahəddinova ilə yanaşı, milli komandanın digər üzvü Emin Cəfərovun də silahı tam qaydasına salınıb. Hər iki idmançı yeni təmirdən çıxan silahını 2-13 iyun aralığında Almaniyada keçiriləcək Dünya Kubokunda sınaqdan çıxaracaqlar.
Qeyd edək ki, Z.Meftahəddinovanın ümumi dəyəri 7 min avroya bərabər silahı məhz Breşiada istehsal olunub.
Qeyd edək ki, Z.Meftahəddinovanın ümumi dəyəri 7 min avroya bərabər silahı məhz Breşiada istehsal olunub.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0