Avropa çempionatına qatılacaq Azərbaycan sumo yığmasının heyəti açıqlanıb
30.05.2008 - 09:36
Bakı. Elşən Məmmədov-APA-Sport. İyunun 25-də Polşanın Kratoşn şəhərində start götürəcək yeniyetmələr, gənclər və böyüklər arasında Avropa çempionatına qatılacaq Azərbaycan sumo yığmasının heyəti açıqlanıb. Bu haqda “APA-Sport” agentliyinə milli komandamızın baş məşqçisi Rüfət İsmayılov məlumat verib. Onun sözlərinə görə, altı gün davam edəcək qitə birinciliyində ölkəmiz 9 idmançı ilə təmsil olunacaq. Belə ki, Namiq Sadıqovla (75 kq) Süleyman Babayev (90 kq) kiçik yeniyetmələrin, Əmrah Əhmədov (75 kq), Tural Novruzov (80 kq) və Sadiq Əhmədov (100 kq) yeniyetmələrin, Emil Həsənov (65 kq), Teymur Əhmədov (85 kq) və Rafael Şahverdiyev (115 kq) isə gənclərin mübarizəsinə qatılacaq. R.Şahverdiyev, həmçinin Vasif Səfərbəyovla (+115 kq) birgə kişilərin yarışında qüvvəsini sınayacaq. Yığmamız Avropa çempionatı öncəsi Ukraynanın Aluşta şəhərində təlim-məşq toplantısı keçirəcək. Bu məqsədlə sumoçularımız iyunun 16-da ölkəmizi tərk edəcəklər.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0