Azərbaycanın ən güclü cüdoçuları müəyyənləşib
09.06.2008 - 11:14
Bakı. Aqşin Əliyev - APA-Sport. 23 yaşadək oğlan və qızlar arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, Maştağa Olimpiya Kompleksində təşkil olunan yarışda Bakının idman klubları və cəmiyyətlərinin, eləcə də rayon komandalarının 270-dək təmsilçisi qüvvəsini sınayıb. Oğlanların turnirində Samir Dadaşzadə (60 kq, TİM, Sumqayıt), Emil Həsənov (66 kq, “Neftçi”), Fuad Həbibzadə (73 kq, “Neftçi”), Rüstəm Alimli (81 kq, “Neftçi-Atilla”), Ruslan Əliyev (90 kq, “Neftçi-Atilla”), Fuad Allahverdiyev (100 kq, “Atilla”) və Fərid Babayev (+100 kq, TİM, Gəncə) qızıl medal qazanıblar. Xanım idmançılardan isə Svetlana Məmmədova (48 kq, “Lokomotiv”, Bakı), Afaq Sultanova (52 kq, “Neftçi”, Bakı), Vəsilə Əlməmmədova (57 kq, “Gömrükçü”, Sumqayıt), Ruhiyyə Bayramova (63 kq, Samux), Rəqiyyə Qarayeva (70 kq, “Xəzər-Lənkəran”) və Tükəzban Camalova (78 kq, TİM, Gəncə) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ölkə çempionatında mükafatçılar arasına düşən cüdoçular milli komandanın heyətinə cəlb olunacaqlar.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
0
0