Azərbaycan güləş yığmaları Bakıda keçirilən “Qızıl Qran-Pri” turnirinin final mərhələsində qalib gəliblər
30.06.2008 - 12:07
Bakı. Elşən Məmmədov - APA-Sport. Bakı İdman Sarayında keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə “Qızıl Qran-Pri” turnirinin final mərhələsinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, 25 ölkədən 250-dək pəhləvanın qatıldığı yarışda hər üç növ üzrə qalib adını Azərbaycan milli komandası qazanıb. Bunlardan ən yaxşı nəticəni turnirin ilk günündə döşək üzərinə çıxan yunan-Roma güləşçilərimiz əldə ediblər. “Klassik”lərimiz 4 qızıl, 2 gümüş, 2 bürünc medala yiyələniblər. Sərbəst güləşçilərimizin qazancı kəmiyyətcə çox olsa da, keyfiyyətcə nisbətən aşağıdır - 3 qızıl, 3 gümüş, 4 bürünc. Qadın güləşçilərimiz isə 2 qızıl, 2 gümüş, 1 bürünc medala sahib çıxıblar.
Turnirdə sərbəst güləşçilərimiz Namiq Abdullayevlə Namiq Sevdimov arasında 55 kq çəki dərəcəsində baş tutan final görüşü daha maraqla izlənilib. Belə ki, bu çəkidə qalib gələn pəhləvan 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziyanı demək olar ki, təmin etməli idi. N.Sevdimov Sidney Olimpiadasının qalibi N.Abdullayevi məğlub edib. Yarışda qüvvəsini sınayan digər sərbəst güləşçilərimizdən Çamsulvara Çamsulvarayev (74 kq) və Əli İsayev (120 kq) qızıl, Emin Əzizovla (66 kq) Camaləddin Məhəmmədov (96 kq) gümüş, Etimad Qurbanov (60 kq), Ramazan Əbdürrəhmanov (66 kq), Hacı Əlicanov və Şərif Şərifov (hər ikisi 84 kq) bürünc medal qazanıblar.
Qadın güləşçilərimizə gəldikdə, Avropa çempionu Mariya Stadniklə (48 kq) Yelena Komarova (55 kq) birinci, Nadejda Qradyukla (51 kq) Mariya Kaçina (67 kq) ikinci, Elvira Mürsəlova (59 kq) isə üçüncü yeri tutub.
“Qızıl Qran-Pri” turnirinin final mərhələsi 2012-ci ilədək Bakıda keçiriləcək. Bununla bağlı Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinettinin paytaxtımıza səfəri zamanı razılıq əldə olunub. Səfər çərçivəsində, həmçinin, “AtaHoldinq” Şirkətlər Qrupu ilə FİLA arasında əməkdaşlıq müqaviləsi bağlanılıb.

0
0