Azərbaycan yığmasının baş məşqçisi: “Namiq Sevdimovun Namiq Abdullayevdən güclü olduğunu tam əminliklə söyləmək olmaz”
30.06.2008 - 12:56
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın sərbəst güləş üzrə milli komandasının baş məşqçisi Maqomedxan Aratsilov deyib. Onun bildirdiyinə görə, ölkəmizi Pekin Yay Olimpiya Oyunlarında 55 kq çəki dərəcəsində təmsil edəcək sərbəst güləşçinin adı hələ müəyyənləşməyib: “Biz 5-17 iyul aralığında Kayseri şəhərində Türkiyə yığması ilə birgə təlim-məşq toplanışını keçəcəyik. Həmin hazırlıq prosesinə digər 6 çəkidə olimpiadaya lisenziya qazanmış güləşçilərimizlə yanaşı, Namiq Sevdimovla Namiq Abdullayevi də cəlb etmək niyyətindəyik. Toplanışın yekununda məşqçilər heyəti və Azərbaycan Güləş Federasiyasının rəhbərliyinin də rəyini öyrəndikdən sonra 55 kq çəkidə Pekinə aparılacaq pəhləvanın adını açıqlayacağıq”. Bununla belə, dağıstanlı mütəxəssis N.Sevdimovun Pekin Olimpiadasına yollanmaq şansının daha yüksək olduğunu söyləyib: “Püşklə qələbəni qazanan və fəndlə qalib gələn güləşçilər arasında heç bir fərq qoyulmur. Hər halda, Sevdimov “Qızıl Qran-Pri” turnirində Abdullayevi məğlub edib. Bu səbəbdən, Yay Olimpiya Oyunlarında 55 kq çəkidə təmsilçimizin Sevdimov olması variantı üzərində düşünürük. Amma hələ qəti qərara gəlməmişik”.
Qeyd edək ki, Pekin Olimpiadasına lisenziyanı N.Sevdimov qazansa da, onun əvəzinə qarşıdakı mötəbər yarışa olimpiya çempionu N.Abdullayevin aparılacağı istisna deyil.
Qeyd edək ki, Pekin Olimpiadasına lisenziyanı N.Sevdimov qazansa da, onun əvəzinə qarşıdakı mötəbər yarışa olimpiya çempionu N.Abdullayevin aparılacağı istisna deyil.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0