Azərbaycan avarçəkəni Dünya Kubokunda iki qızıl medala sahib çıxıb - FOTO
30.06.2008 - 13:52
Poznan. Elşən Məmmədov - APA-Sport. Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, 41 ölkədən 441 idmançının mübarizə apardığı yarışa Azərbaycan avarçəkənləri də qatılıblar. Yığma komandamız turnirdə uğurla çıxış edərək, 2 qızıl medal qazanıb. Hər iki medala kanoeçi Valentin Demyanenko sahib çıxıb. 25 yaşlı avarçəkənimiz bir nəfərlik qayıqda həm 200, həm də 500 metrlik məsafələrə yürüşdə bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. V.Demyanenko 200 metrlik məsafəni 40,207 saniyəyə, 500 metrlik məsafəni isə 1 dəqiqə 47 saniyəyə qət edib. Bununla da idmançımız Dünya Kubokunun mərhələ yarışlarında qazandığı qızıl medallarının sayını 3-ə çatdırıb. Kanoeçimiz iyunun əvvəllərində Macarıstanın Zeqed şəhərində təşkil olunan Dünya Kubokunun I mərhələsində 200 metrlik məsafəni 40,901 saniyəyə qət edərək, birinci yeri tutmuşdu.
Dünya Kubokunda digər kanoeçimiz Aleksandr Kasatkin də 1 nəfərlik qayıqda 500 metrlik məsafəyə yürüşdə ilk dəfə B finalına vəsiqə qazanıb. A.Kasatkin bu məsafəni 1 dəqiqə 55 saniyəyə qət edərək, 9 idmançı arasında 6-cı olub. 200 metrlik məsafəyə yürüşdə isə o, yarımfinalda 43,923 saniyə nəticə ilə 8 idmançı arasında 6-cı yeri tutub və finala çıxa bilməyib. 500 metrlik məsafəyə yürüşdə 1 nəfərlik qayıqda mübarizə aparan kayakçımız Fikrət Zeynalov da yarımfinaladək irəliləməyi bacarıb. Lakin F.Zeynalov yarımfinalda 9 iştirakçı arasında sonuncu pillədə qalıb.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0