Azərbaycan bilyardçısı Latviyada təşkil olunan beynəlxalq turnirdə birinci yeri tutub
30.06.2008 - 17:27
Bakı. Kənan Həsənov - APA-Sport. Latviyanın paytaxtı Riqada keçirilən bilyard üzrə “United Oils Cup” beynəlxalq turniri başa çatıb. “APA-Sport” agentliyinin Azərbaycan Bilyard İdmanı Federasiyasının prezidenti İlham Aslanova istinadən verdiyi məlumata görə, milli komandamızın üzvü Azər Hacıyev yarışın qalibi olub. Təcrübəli bilyardçımız finalda finlandiyalı Petri Poxyolanı məğlub edərək, 3000 ABŞ dolları mükafat qazanıb. Federasiya prezidenti İlham Aslanovla yığmamızın digər üzvü Rauf Mustafayev isə mübarizəni seçmə mərhələdə dayandırıb. Ümumi mükafat fondu 30 000 ABŞ dolları olan turnirdə 48 bilyardçı qüvvəsini sınayıb.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0