Azərbaycan cüdoçuları dünya çempionatında 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar
01.07.2008 - 10:56
Bakı. Aqşin Əliyev - APA-Sport. Belçikanın paytaxtı Brüsseldə 40 yaşdan yuxarı veteran cüdoçular arasında təşkil olunan dünya çempionatı başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Həmyerlilərimizdən ən yüksək nəticəni Azər Əsgərov (100 kq) və Zülfiyyə Hüseynova (70 kq) göstəriblər. Ötən il Braziliyada keçirilmiş analoji çempionatda gümüş medal qazanmış A.Əsgərov bu dəfə bütün rəqiblərini məğlub edərək, birinci yeri tutub. Z.Hüseynova isə dünya çempionu titulunu qoruyub. Bundan başqa, 90 kq çəki dərəcəsində mübarizə aparan Fərhad Rəcəbli də qızıl medal qazanmağa yaxın olub. Lakin final görüşündə məğlubiyyətlə üzləşən cüdoçumuz ikinci yerlə kifayətlənib. Mübariz Cəfərovla Tərlan Poladov (hər ikisi 81 kq) isə bürünc medala layiq görülüb. Azərbaycan yığması komanda hesabında 3-cü pillədə qərarlaşıb.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0