Pekin Olimpiadasına yollanacaq sərbəst güləşçilərin adları iyulun 4-də açıqlanacaq
01.07.2008 - 17:56
Bakı. Elşən Məmmədov – APA-Sport. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan sərbəst güləş yığmasının heyəti iyulun 4-də açıqlanacaq. Bu haqda «APA-Sport» agentliyinə millimizin baş məşqçisi Maqomedxan Aratsilov məlumat verib. Onun sözlərinə görə, həmin gün Azərbaycan Güləş Federasiyasının rəhbərliyi ilə yığmamızın məşqçilər şurasının görüşü olacaq. Görüşdə məşqçilər şurasının Olimpiadaya yollanacaq sərbəst güləşçilərimizin tərkibi haqda konkret rəyi açıqlanacaq: “7 mümkün çəki dərəcəsindən 6-da ölkəmizi Pekin Olimpiadasında təmsil edəcək pəhləvanlarımızın adları dəqiqdir. Yalnız 55 kq çəkidə Namiq Sevdimovla Olimpiya çempionu Namiq Abdullayev arasında seçim aparılmalıdır. Bu gün Məşqçilər Şurasında bu məsələ ətrafında müzakirələr apardıq. Mütəxəssislərin çoxu “Qızıl Qran-Pri” turnirinin final mərhələsində Abdullayev üzərində qələbə qazandığını əsas gətirərək, məhz Sevdimovun Pekinə yollanmasının tərəfdarıdır. Amma əks fikirdə olanlar da var. Hər halda, biz iyunun 4-də yekun rəyimizi federasiya rəhbərliyinə təqdim edəcəyik və Olimpiada iştirakçılarının yekun tərkibi açıqlanacaq”.
Qeyd edək ki, sərbəst güləşçilərimizdən Pekin Olimpiadasına lisenziyaları Namiq Sevdimov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Emin Əzizov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) qazanıblar.
Qeyd edək ki, sərbəst güləşçilərimizdən Pekin Olimpiadasına lisenziyaları Namiq Sevdimov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Emin Əzizov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) qazanıblar.
0
0