Böyükağa Hacıyev: “Futzalda da uğur qazanacağam, amma yenə bəxtimin gətirdiyini söyləyəcəklər”
03.07.2008 - 11:19
Bakı. Aqşin Əliyev - APA-Sport. “UEFA kubokunda püşkün nəticəsindən razıyam. Etiraf edək ki, rəqiblər bizdən çəkinirlər. Belə olan halda, biz onlardan nəyə görə qorxmalıyıq ki?” Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın futzal üzrə dördqat çempionu “Araz” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib. UEFA kuboku 2008/09 mövsümündə püşkatmasına münasibət bildirən 50 yaşlı çalışdırıcı vurğulayıb ki, “Araz”ın növbəti mərhələyə adlamaq şansı yüksəkdir: “İstər 2006-cı ildə “Bakı”nı çempion edərkən, istərsə də növbəti mövsümdə bu komandaya bürünc medal qazandırarkən dedilər ki, Böyükağa Hacıyevin bəxti gətirir. İndi “Araz”la elit mərhələyə vəsiqə qazanacağıq, yenə bəxtimin gətirdiyini söyləyəcəklər”. B.Hacıyev ötən il Naxçıvan komandasını mübarizədən kənarlaşdıran Slovakiya çempionu “Slov-Matik Fofo”nu məğlub etməyin mümkünlüyünü vurğulayıb: “Sadəcə, arxayınlaşmaq lazım deyil. Biz slovakiyalılara qalib gələrək, ötən ilki uğursuzluğun təkrarlanmasına imkan verməyəcəyik”.
Qeyd edək ki, “Araz” UEFA kubokunun əsas mərhələsinin 6-cı qrupunda “Slov-Matik Fofo” (Slovakiya), “Şkövde” (İsveç) və ilkin mərhələnin C qrupunun qalibi ilə qarşılaşacaq. Bu yarış indiyədək futbol klublarında çalışmış Böyükağa Hacıyev üçün futzalda ilk ciddi sınaq olacaq.
Qeyd edək ki, “Araz” UEFA kubokunun əsas mərhələsinin 6-cı qrupunda “Slov-Matik Fofo” (Slovakiya), “Şkövde” (İsveç) və ilkin mərhələnin C qrupunun qalibi ilə qarşılaşacaq. Bu yarış indiyədək futbol klublarında çalışmış Böyükağa Hacıyev üçün futzalda ilk ciddi sınaq olacaq.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
0
0