Arda Turan Avropa çempionatının ən yaxşı gənc futbolçusudur
03.07.2008 - 17:46
Bakı. Mehman Süleymanov - APA-Sport. Türkiyə yığmasının yarımmüdafiəçisi Ardan Turan Avro-2008-nin ən yaxşı və dəyərli futbolçulardan ibarət “Top 11-liy”ə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, “Qalatasaray” klubunda çıxış edən 21 yaşlı futbolçu bu uğura Almaniyanın “Sport Bild” nəşrinin keçirdiyi sorğuda imza atıb. Almaniyalı həmkarlarımız oyuna damğasını vuran futbolçuların topladığı xallar əsasında simvolik “11-lik” düzəldib. A.Turanla yanaşı, siyahıya qapıçı Edvin van der Sar (Hollandiya), müdafiəçilər Pepe (Portuqaliya), Karlos Marçena, Serxio Ramos (hər ikisi İspaniya), Filipp Lam (Almaniya), yarımmüdafiəçilər Xavi Ernandes (İspaniya), Frank Riberi (Fransa), Uesli Şneyder (Hollandiya), hücumçular Andrey Arşavin (Rusiya), Fernando Torres (İspaniya) daxildir. A.Turan açıqlanan heyətdə ən gənc, E.Sar ən yaşlı (37) futbolçudur. Yığmasının kapitanı olan hollandiyalı qapıçı 13, onun komanda yoldaşı U.Sneyder 12 xal toplayıb. Avro-2008-də iki qol vuran A.Turanın hesabında 10 xal var.
Maraqlıdır ki, türkiyəli yarımmüdafiəçi UEFA-nın qitə birinciliyi ilə bağlı açıqladığı 23 futbolçudan ibarət simvolik yığma komandaya düşməyib.
Maraqlıdır ki, türkiyəli yarımmüdafiəçi UEFA-nın qitə birinciliyi ilə bağlı açıqladığı 23 futbolçudan ibarət simvolik yığma komandaya düşməyib.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0