Azərbaycan milli komandası Avropa birinciliyində qrup sonuncusu olub
04.07.2008 - 10:05
Bakı. Aqşin Əliyev - APA-Sport. İsveçin Höteborq şəhərində keçirilən 18 yaşadək qız həndbolçular arasında Avropa birinciliyinin qrup mərhələsi başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, C qrupunda yer alan Azərbaycan milli komandası uğursuzluğa düçar olub. Yelena Namaliyeva və Marina Cəfərovanın rəhbərlik etdiyi kollektiv keçirdiyi bütün oyunlarda məğlubiyyətlə üzləşib. Avstriya (23:27), Belarus (15:23), Portuqaliya (13:21), Norveç (13:33) və İsveçə (14:31) uduzan həndbolçularımız qrupda axırıncı pillədə qərarlaşıblar. Buna baxmayaraq, yığmamız hələ iki gün mübarizəni davam etdirəcək. Milli komandamız 17-22-ci yerlər uğrunda yarışacaq. Həmyerlilərimiz 22 komandanın qatıldığı Avropa birinciliyində son sırada qalmamaq üçün digər qrupların autsayderlərini məğlub etməlidirlər.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0