Azərbaycan yığması dünya çempionatına 6 avarçəkənlə gedir
04.07.2008 - 15:54
Azərbaycan yığması dünya çempionatına 6 avarçəkənlə gedir
Bakı. Aqşin Əliyev - APA-Sport. İyulun 22-də Avstriyanın Lints şəhərində yeniyetmələr (U-18) və kişilər arasında akademik avarçəkmə üzrə dünya çempionatı start götürəcək. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, yarışda yığmamız da qüvvəsini sınayacaq. Ölkəmiz yalnız yeniyetmələrin mübarizəsində təmsil olunacaq. Milli komandamızın heyətində dünya birinciliyinə 6 akademik avarçəkən - Cavid Əfəndiyev, Aleksandr Qlotov, Timur Kutseba, Fərman Əliyev, Aleksandr Jdanov və Əbdürrəşid Mustafin yollanacaq. C.Əfəndiyev 1 nəfərlik, A.Jdanov - Ə.Mustafin cütü 2 nəfərlik qoşa avarlı, A.Qlotov - T.Kutseva dueti 2 nəfərlik sükansız qayıqlarda qüvvələrini sınayacaqlar. F.Əliyev isə dünya birinciliyinə 2 nəfərlik sükansız qayıqda çıxış etmək üçün ehtiyat avarçəkən qismində aparılacaq.
0