Zemfira Meftahəddinova Avropa çempionatında 10-cu yeri tutub
10.07.2008 - 13:23
Bakı. Aqşin Əliyev - APA-Sport. Kiprin paytaxtı Nikosiyada keçirilən gənclər və böyüklər arasında Avropa çempionatı Azərbaycanın stend atıcıları üçün uğursuz olub. “APA-Sport” agentliyinin məlumatına görə, qitə birinciliyinə qatılan 5 həmyerlimizdən 4-ü fəxri kürsüyə yüksəlməyi bacarmayıb. Milli komandamızın üzvlərindən ən yaxşı nəticəni Sidney Yay Olimpiya Oyunlarının qalibi Zemfira Meftahəddinova göstərib. Dairəvi (skeet) növdə yarışan 45 yaşlı stend atıcısı Avropa çempionatında 68 xal (23+22+23) toplayaraq, 10-cu yeri tutub. Final mərhələsinə düşmək üçün onun bir xalı çatmayıb. Nurlanə Cəfərova isə 55 xalla 32-ci sırada qərarlaşıb. Z,Meftahəddinovanın qızı Regina Meftahəddinova da medalsız qalıb. Gənclər arasında qüvvəsini sınayan R.Meftahəddinova aşağıdan yuxarı ikinci, yəni 17-ci pilləyə sahib çıxıb. Səngər (trap) növündə ölkəmizin şərəfini Elvin İsmayılov qoruyub. O, 52 xalla 77 nəfər arasında 75-ci olub. Daha bir idmançımız, yığmanın baş məşqçisi Hafiz Cəfərovun oğlu Emin Cəfərov (skeet) bacarığını iyulun 12-də nümayiş etdirəcək.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0