Pekin Olimpiadası zamanı avtobus və metro pulsuz olacaq
10.07.2008 - 17:47
Bakı. Mehman Süleymanov - APA-Sport. Çinin paytaxtı Pekində keçiriləcək Yay Olimpiya və Paraolimpiya Oyunlarında tamaşaçılar şəhər avtobusları və metrodan pulsuz istifadə edəcəklər. “APA-Sport” agentliyinin məlumatına görə, idmansevərlər yalnız olimpiya yarışlarına baş çəkərkən bu imkandan yararlana biləcəklər. Yəni, turniri izləmək üçün alınan biletlər həm də Pekində nəqliyyatdan havayı istifadə etmək üçün yetərli olacaq. Pekinin nəqliyyat komitəsinin nümayəndəsi Çjenquy Çjou bununla bağlı proqram haqda ətraflı məlumatın daha sonra veriləcəyini bildirib. Onun sözlərinə görə, Olimpiya Oyunlarının startınadək 34 əlavə avtobus istifadəyə veriləcək. Bu avtobuslar olimpiya obyektlərini şəhərin digər hissələri ilə birləşdirəcək. Nəqliyyatdan istifadə Olimpiya Oyunlarını işıqlandırmağa ezam olunan jurnalistlər üçün də havayı olacaq. Ç.Çjou Pekinə gələcək qonaqlara şəhər nəqliyyatından istifadə etməyi, taksi və şəxsi avtomobillə gediş-gəlişdən imtina etməyi tövsiyə edib. Belə ki, minik avtomobillərinin olimpiya stadionlarına və ona yaxın ərazilərə girişinə qadağa qoyulacaq.
Qeyd edək ki, Pekində Yay Olimpiya Oyunları avqustun 8-dən 24-dək keçiriləcək.
Qeyd edək ki, Pekində Yay Olimpiya Oyunları avqustun 8-dən 24-dək keçiriləcək.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0