Azərbaycan yığmasının sabiq baş məşqçisi Rusiya klubuna rəhbərlik edəcək
14.07.2008 - 11:30
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan futzalçısı Vitali Borisovun şərəfini qoruduğu Rusiyanın “Dina” klubunda baş məşqçi dəyişikliyi olub. “APA-Sport” agentliyinin məlumatına görə, bundan sonra Moskva komandasını Azərbaycan yığmasının sabiq baş məşqçisi Andrey Yudin çalışdıracaq. O, baş məşqçi postunda Aleksandr Verijnikovu əvəzləyib. Klub rəhbərliyinin qərarına əsasən, A.Verijnikova idman direktoru vəzifəsi tapşırılıb.
Qeyd edək ki, 2007-ci ilin dekabrın 13-də AFFA ilə müqavilə imzalamış A.Yudin 3 ay yığmamızın baş məşqçisi olub. Onun rəhbərliyi altında futzalçılarımız müxtəlif turnirlərdə 6 qələbə qazanıb, 1 dəfə məğlubiyyətlə üzləşiblər. Milli komandamız dünya çempionatının seçmə qrup mərhələsini adlaya bilmədiyi üçün AFFA rəsmiləri bu ilin martında A.Yudinlə əməkdaşlığa son qoyublar.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0