“AzTV İdman” telekanalının 2-3 ay ərzində fəaliyyətə başlayacağı gözlənilir - YENİLƏNİB
18.07.2008 - 16:42
Qurumun bu gün keçirilən iclasında üç iddiaçıdan biri - “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Az.TV İdman” müsabiqənin qalibi elan olunub. APA-nın xəbərinə görə, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə bildirib ki, şuranın qərarı ilə “AzTV İdman” telekanalına Azərbaycanın bütün ərazisini əhatə etmək şərti ilə 6 il müddətinə lisenziya verilib. Şura sədri deyib ki, lisenziyanın bu kanala verilməsində əsas amil Az.TV-nin televiziya yayımı ilə bağlı böyük təcrübəyə malik olmasıdır: “Az.TV 50 ildən artıq təcrübəyə, böyük maddi-texniki bazaya, kadr potensialına, idman verilişləri ilə bağlı zəngin arxivə malikdir. Bütün bunlar onların şansını artırdı və şura üzvləri yekdilliklə qərar qəbul etdi”. Onun sözlərinə görə, kanal rəhbərliyi iki-üç ay ərzində efirə çıxmaq imkanlarının olduğunu bildirib. N. Məhərrəmli müsabiqədə Az.TV-nin əsas rəqibinin “Lider” televiziyası olduğunu söyləyib: “”Lider” də idmanla bağlı bir çox böyük layihələr həyata keçirib. Digər iddiaçı - “Rebrandinq” şirkəti isə heç bir televiziya təcrübəsi, maddi-texniki bazası olmayan bir qurum idi”.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0