İradə Rüstəmzadə: “İspaniyalı hokkeyçiləri Pekin Olimpiadasına buraxmaq olmaz”
22.07.2008 - 14:59
Bakı. Aqşin Əliyev - APA-Sport. “İspaniya otüstü hokkey yığması üzvləri çox güclü dopinq qəbul etdikləri üçün Pekin Yay Olimpiya Oyunlarına buraxıla bilməzlər”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan Gənclər və İdman Nazirliyinin Antidopinq Sektorunun müdiri İradə Rüstəmzadə deyib. O, ispaniyalı qadın hokkeyçilərin bu ilin aprelində Bakıda keçirilən lisenziya xarakterli beynəlxalq turnirdə qəbul etdikləri dərman preparatının adını açıqlamayıb: “İspaniyalı iki hokkeyçidən götürülən analizlərin həm A, həm də B testi müsbət nəticələnib. Mənim bu preparatın adını deməyə hüququm yoxdur. Sadəcə, onu qeyd etmək istəyirəm ki, onların istifadə etdikləri dərmanlar həddən artıq güclüdür”. Ümumdünya Antidopinq Agentliyinin (WADA) də zabiti olan İ.Rüstəmzadə bildirib ki, İspaniya milli komandasının oyunçularının dopinqdən yararlanmalarını müəyyənləşdirmək çətin olmayıb: “Turnirin gedişində mənimlə yanaşı, WADA-nın 3 zabiti çalışırdı. Dopinq-testdən keçən digər hokkeyçilər otağa yorğun gəlirdilər. Ancaq İspaniya idmançıları rahat, gəzə-gəzə analiz verirdilər. Bunlar haqqında yarış başa çatandan bir gün sonra, aprelin 21-də WADA-ya göndərdiyimiz ilk raportda yazmışdıq”. İ.Rüstəmzadə vurğulayıb ki, məsələni yığmamızın xeyrinə həll etmək üçün iyulun 28-dək vaxt var.
Qeyd edək ki, dopinq qalmaqalında ilişən İspaniya yığmasının Beynəlxalq Hokkey Federasiyası tərəfindən diskvalifikasiya olunacağı gözlənilirdi. İspaniyalılar cəzalandırılacağı təqdirdə, beynəlxalq turnirin finalında uduzmuş Azərbaycan yığması Pekin Olimpiadasına lisenziya qazanacaqdı.
Qeyd edək ki, dopinq qalmaqalında ilişən İspaniya yığmasının Beynəlxalq Hokkey Federasiyası tərəfindən diskvalifikasiya olunacağı gözlənilirdi. İspaniyalılar cəzalandırılacağı təqdirdə, beynəlxalq turnirin finalında uduzmuş Azərbaycan yığması Pekin Olimpiadasına lisenziya qazanacaqdı.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0