Azərbaycan avarçəkənlərinin dünya çempionatında istifadə etdikləri qayığın çəkisi normaya uyğun gəlməyib
23.07.2008 - 16:55
Bakı. Aqşin Əliyev - APA-Sport. Avstriyanın Lins şəhərində yeniyetmələr və kişilər arasında akademik avarçəkmə üzrə dünya çempionatı başlanıb. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, yeniyetmələrdən ibarət yığmamız (U-18) bu gün qüvvəsini sınayıb. Seçmə mərhələdə 1 nəfərlik qoşa avarlı qayıqda yer alan Cavid Əfəndiyev Bolqarıstan, Estoniya, Polşa və Serbiya idmançıları ilə 2000 metrlik məsafəyə yürüşdə 7:26.39 dəqiqə nəticə göstərərək, sonuncu yeri tutub. İki nəfərlik sükansız qayıqda çıxış edən Timur Kutseba-Aleksandr Qlotov duetinin rəqibləri Yunanıstan, ABŞ və Serbiya təmsilçiləri olub. Həmyerlilərimiz eyni məsafəni 7:32.17 dəqiqəyə qət edərək, axırıncı pillədə qərarlaşıblar. İki nəfərlik qoşa avarlı qayıqda mübarizə aparan Aleksandr Jdanov-Əbdürəşid Mustafin cütünün də startı uğursuz alınıb. Avarçəkənlərimiz Avstraliya, Estoniya, Ukrayna, Slovakiya və Argentina idmançılarından geri qalaraq, 7:34 dəqiqəlik nəticə ilə sonuncu sırada qalıblar. Lakin sonradan A.Jdanov-Ə.Mustafin duetinin çıxış etdiyi qayığın normadan 250 q aşağı çəkidə olması müəyyənləşib. Bu səbəbdən idmançılarımızın göstərdiyi nəticə ləğv edilib. Avarçəkənlərimiz sabah keçiriləcək seçmə qruplarda zəif nəticə göstərmiş idmançıların yarımfinal yürüşlərinə qatılacaqlar.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0