Frantişek Jmuda: “Xəzər-Lənkəran”la cavab oyununda qarşımıza böyük vəzifə qoymuşuq”
25.07.2008 - 11:41
Frantişek Jmuda: “Xəzər-Lənkəran”la cavab oyununda qarşımıza böyük vəzifə qoymuşuq”
Buna səbəb ölkə çempionatın ilk turunun təxirə salınmasıdır. İyulun 27-də “Odra” ilə öz meydanında oyunla yeni mövsümə debüt etməli olan “Lex” rəhbərliyi artıq bilet satışını dayandırıb.
“Xəzər-Lənkəran”la cavab matçı öncəsi oyun praktikası qazanmaqdan məhrum olan Poznan təmsilçisi çempionata gələn bazar “Poloniya” ilə görüşlə başlayacaq. Polşada çempionatın startının təxirə salınması isə yaranan böyük xaosla bağlıdır. Belə ki, ölkənin futbol federasiyası bəzi klubların korrupsiya ilə yaranan özbaşınalığına son qoymağa çalışır və bununla bağlı araşdırma aparır. “Lex” rəsmisi Coanna Dzios bununla bağlı narahatçılığını bildirib: “Bizə ilk turun oyunlarının təxirə salınması ilə bağlı yeni informasiya verilib və bu heç də xoşuma gəlmir. Mətbuatda korrupsiya ilə bağlı yazıları oxuyanda bədənimdən üşütmə keçir. Korrupsiyanın yenidən qayıdacağından qorxuram. Bundan əlavə, hamı ötən mövsümün son turunda nələr baş verdiyini gördü”.
Məsələ ilə bağlı münasibət bildirən “Lex”in baş məşqçisi Frantişek Jmuda da hadisələrin belə axar almasından razı deyil. O, UEFA kubokunda mübarizəni davam etdirmək iddiasında olduğunu gizlətmir: “Xəzər-Lənkəran”la gələn cümə axşamı keçiriləcək matçda qarşımıza böyük vəzifə qoymuşuq. Bu məsul oyun öncəsi çempionatın startı nəzərdə tutulmuşdu. Ancaq “Odra” ilə görüşün təxirə salınmasından komandam iki yerə bölüb, futbolçuları bir-biri ilə qarşılaşdırmağa məcburuq. Hazırlıq planında dəyişiklik edilməsi öz mənfi təsirini göstərir. Bu, məcburi istirahətin bizə dəxli yoxdur. Futbolçularımdan heç biri, hətta əcnəbilər də yaranmış vəziyyəti məndən soruşmayıblar. Bu, yaxşı haldır. Mən onları ruhdan salmamaq üçün baş verənləri izah etmək istəmirəm”.
Qeyd edək ki, Bakı vaxtı ilə 23:45-də başlayacaq “Lex” – “Xəzər-Lənkəran” oyununu Polşanın TVP2 telekanalı canlı yayımlayacaq. İyulun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş polşalıların 1:0 hesablı qələbəsi nəticələnib.
0