Azad Rəhimov: “İnanıram ki, Pekin Olimpiadasında bayrağımızı yüksəldəcək, vətənə böyük qələbələrlə qayıdacağıq”
25.07.2008 - 16:46
Bakı. Elşən Məmmədov – APA-Sport. “İnanıram ki, Pekin Olimpiadasında bayrağımızı yüksəldəcək, vətənə böyük qələbələrlə qayıdacağıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2008-ci ilin ilk yarısında Avropa çempionatlarında fərqlənmiş idmançı və məşqçilərin bu gün Milli Olimpiya Komitəsində təşkil olunan mükafatlandırılma mərasimində deyib. A.Rəhimov mükafatlara layiq görülən idmançı və yığma komandaların baş məşqçilərinin əksəriyyəti ilə birgə avqustun 8-də start götürəcək 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında ağır sınaqdan keçəcəklərini bildirib: “Burada olan idmançılar və məşqçilərin əksəriyyəti ilə bir neçə gündən sonra Pekinə yollanacağıq. Səfər öncəsi ölkə prezidenti tərəfindən də qəbul olunacaqsınız. Olimpiadada bizi çox şərəfli və məsuliyyətli günlər gözləyir. Biz ağır sınaqlardan keçəcəyik. Sizə bundan da uğurlu günlər yaşamağı arzulayırıq”.
Qeyd edək ki, Pekin Olimpiadasında 10 növ üzrə 44 idmançımız çıxış edəcək.
Qeyd edək ki, Pekin Olimpiadasında 10 növ üzrə 44 idmançımız çıxış edəcək.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0