Azərbaycanın avarçəkənləri dünya çempionatının yarımfinalında zəif çıxış ediblər
25.07.2008 - 18:11
Lints. Elşən Məmmədov - APA-Sport. Avstriyanın Lints şəhərində təşkil olunan akademik avarçəkmə üzrə yeniyetmələr və böyüklər arasında dünya çempionatında bu gün yarımfinal mərhələsi start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycanın yeniyetmə avarçəkənləri yenə zəif nəticələr göstəriblər. 1 nəfərlik qayıqda C yarımfinalında çıxış edən Cavid Əfəndiyev Xorvatiya, Yunanıstan, Litva, İran və Türkmənistan idmançıları ilə mübarizədə 2000 metrlik məsafəni 7:49.17 dəqiqəyə qət edərək, sonuncu olub. C.Əfəndiyev sabah D finalına qatılacaq. 2 nəfərlik sükansız qayıqda yer alan Timur Kutseba - Aleksandr Qlotov cütü C yarımfinalında CAR, Latviya, Rusiya, Moldova və Avstriya avarçəkənlərindən geri qalıb. 7:30.28 dəqiqə nəticə ilə axırıncı yeri tutan həmyerlilərimiz sabah E finalında çıxış edəcəklər. 2 nəfərlik qoşa avarlı qayıqda mübarizə aparan Aleksandr Jdanov - Əbdürəşid Mustafin dueti isə E yarımfinalında 7:17.79 dəqiqə nəticə ilə Latviya, Bolqarıstan və Zimbavbe təmsilçilərindən geri qalaraq, finişə sonuncu çatıblar. Onlar sabah F finalında qüvvələrini sınayacaqlar.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0