Azərbaycanın otüstü hokkey yığması Trofi divizionuna yüksəlib
28.07.2008 - 09:56
Azərbaycanın otüstü hokkey yığması Trofi divizionuna yüksəlib
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın 21 yaşadək qızlardan ibarət otüstü hokkey üzrə milli komandası Avstriyanın paytaxtı Vyanada təşkil olunan Avropa çempionatının Çelenc divizionunun qalibi olub. “APA-Sport” agentliyinin məlumatına görə, Mixail Pinkovun rəhbərlik etdiyi yığmamız turnirin finalında meydan sahiblərini 1:0 hesabı ilə məğlub edib. Komandamız bu nəticə ilə Trofi divizionunda çıxış etmək hüququ qazanıb.
İtaliyanın Bra şəhərində keçirilən 21 yaşadək oğlanlardan ibarət komandaların Trofi divizionu yarışı isə Azərbaycan yığması üçün uğursuz başa çatıb. Saleh Hüseynovla Yusif Qasımovun rəhbərlik etdiyi kollektiv sonuncu görüşdə Türkiyəni 2:1 hesabı ilə məğlub edərək 9-cu yeri tutub. Avropa çempionatının ən yüksək divizionuna yüksələ bilməyən milli komandamız növbəti mövsümdən etibarən Çelenc divizionunda mübarizə aparacaq.
0