Füzuli Ələkbərov: “Pekin Olimpiadasında cüdoçularımızın hamısı medal qazana bilər”
28.07.2008 - 13:20
F.Ələkbərov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında mübarizə aparacaq 5 kişi və 1 qadın idmançımızın çıxışları haqda proqnoz vermək istəməyib. Onun sözlərinə görə, Olimpiada kimi mötəbər yarışda hər hansı idmançının necə çıxış edəcəyini əvvəlcədən söyləmək çətindir: “Pekinə altı cüdoçumuz yollanacaq. Onların hamısı medal qazana da və ya medalsız qala da bilərlər”. F.Ələkbərov Yay Olimpiya Oyunlarında uğurla çıxış edəcək idmançılarımızın Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə yanaşı, ACF tərəfindən də mükafatlandırılacağını açıqlayıb. Federasiya prezidenti cüdoçularımızın hazırlıq səviyyəsində problem olmadığını vurğulayıb. O, Olimpiadanın startınadək tatami ustalarımızın Qazaxıstanda bir neçə ölkə yığması ilə birgə təlim-məşq toplantısı keçirəcəyini xatırladıb.
Qeyd edək ki, Pekin Olimpiadasında cüdo yarışlarında ölkəmizi Kifayət Qasımova (57 kq), Ramil Qasımov (66 kq), Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq) və Mövlud Mirəliyev (100 kq) təmsil edəcəklər.
Qeyd edək ki, Pekin Olimpiadasında cüdo yarışlarında ölkəmizi Kifayət Qasımova (57 kq), Ramil Qasımov (66 kq), Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq) və Mövlud Mirəliyev (100 kq) təmsil edəcəklər.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0