Azərbaycan güləşçisi Rafiq Hüseynov dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
30.07.2008 - 15:43
İstanbul. Elşən Məmmədov – APA-Sport. Türkiyənin İstanbul şəhərində keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında dünya çempionatı davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün daha dörd çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. Bu çəkilərdən üçündə qüvvələrini sınayan Azərbaycan pəhləvanları 1/16 final mərhələsindən güləşməyə başlayıblar.
55 kq çəkidəki təmsilçimiz Elçin Əliyev ilk görüşündə Qabor Molnarla (Macarıstan) qarşılaşıb. Görüşü qələbə ilə başa vuran E.Əliyev 1/8 finalda Kenal Xarabadzeyə (Gürcüstan) rəqib olub. Pəhləvanımız yenə qalib gəlsə də, növbəti mərhələdə Harun Bozoğluya (Türkiyə) yenilib. H.Bozoğlunun finala çıxa bilməməsi səbəbindən, E.Əliyev təsəlliverici görüşlərdə iştirakdan məhrum olub.
66 kq çəkidə yer alan Rafiq Hüseynov əvvəlcə Reynier Leskay Torreslə (Kuba) üz-üzə gəlib. Görüşü qələbə ilə başa vuran pəhləvanımız 1/8 finalda Səid Abdevaliyə (İran) yenilib. Lakin iranlı rəqibinin finala irəliləməsi həmyerlimizə təsəlliverici görüşlərdə çıxış etmək şansı yaradıb.
84 kq çəkidə çıxış edən Araz Həsənov Ardo Arusaarı (Estoniya) sınağa çəkib. A.Həsənov bu görüşü qələbə ilə başa vursa da, 1/8 finalda Siril Veskana (Fransa) uduzub. Rəqibi finaladək irəliləyə bilmədiyindən, həmyerlimiz təsəlliverici görüşlərə qatılmaq şansını itirib.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0