Teymur Rəcəbov Qran-Pri turnirinə qələbə ilə başlayıb
01.08.2008 - 09:49
Teymur Rəcəbov Qran-Pri turnirinə qələbə ilə başlayıb
Birinci turun yekununu həmyerlilərimiz üçün uğurlu saymaq mümkündür. Belə ki, T.Rəcəbov ağ fiqurlarla 48-ci gedişdə Məhəmməd Əl Modiakini (Qətər) məğlub edib. Qara fiqurlarla oynayan V.Həşimov isə bolqarıstanlı İvan Çeparinovun hücumlarını dəf edərək 45-ci gedişdə heç-heçəyə nail olub. Hesabat turu çərçivəsində Aleksandr Qrişuk (Rusiya) ukraynalı Sergey Karyakini məğlub edib. Pyotr Svidler (Rusiya) - Qata Kamski (ABŞ), Boris Qelfand (İsrail) - Dmitri Yakovenko (Rusiya), Van Yue (Çin) - Levon Aronyan (Ermənistan) və David Navara (Çexiya) - Vasili İvançuk (Ukrayna) görüşlərində qalib müəyyənləşməyib.
Bu gün II tur çərçivəsində D.Yakovenko - T.Rəcəbov, M.Ə.Modiaki - A.Qrişuk, Q.Kamski - V.İvançuk, L.Aronyan - D.Navara, V.Həşimov - B.Qelfand, P.Svidler - İ.Çeparinov, S.Karyakin - V.Yue görüşləri keçiriləcək.
Qeyd edək ki, apreldə Bakıda təşkil olunan Qran-Pri turnirinin birinci mərhələsinin qalibi V.Həşimov, V.Yue və Maqnus Karlsen (Norveç) olub. T.Rəcəbov 8-11-ci, ikinci mərhələyə qatılmayan Şəhriyar Məmmədyarov isə 4-5-ci yerləri bölüşüb.











0