Azərbaycan güləşçisi Nadya Qradyuk dünya çempionatında bürünc medal qazanıb
01.08.2008 - 09:50
İstanbul. Elşən Məmmədov - APA-Sport. Azərbaycanın qadın güləşçisi Nadya Qradyuk Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında fəxri kürsüyə yüksəlib. “APA-Sport” agentliyinin məlumatına görə, 51 kq çəkidə çıxış edən 20 yaşlı pəhləvanımız Qazaxıstan və Türkiyə pəhləvanlarını mübarizədən kənarlaşdırdıqdan sonra yarımfinalda rusiyalı rəqibinə uduzub. Təsəlliverici görüşdə isə yığmamızın belaruslu legioneri Mariya Prevolarakini (Yunanıstan) məğlub edərək, bürünc medala yiyələnib. Digər güləşçimiz Sona Əhmədli (59 kq) isə ilk görüşündə rumıniyalı rəqibini yensə də, 1/8 finalda ukraynalı pəhləvana uduzaraq, mübarizəni dayandırıb. Nəticədə S.Əhmədli öz çəkisində 18 idmançı arasında 8-ci yerlə kifayətlənib. Bu gün daha bir qadın güləşçimiz Əminə Abbasova (48 kq) döşək üzərinə çıxacaq.
Qeyd edək ki, hələlik pəhləvanlarımız dünya çempionatında 1 qızıl, 3 bürünc medal qazanıblar. N.Qradyukdan başqa yunan-Roma güləşçilərimizdən Elvin Mürsəliyev (74 kq) qızıl, Hacıxan Mustafayev (60 kq) və Rafiq Hüseynov (66 kq) bürünc medala yiyələniblər.
Qeyd edək ki, hələlik pəhləvanlarımız dünya çempionatında 1 qızıl, 3 bürünc medal qazanıblar. N.Qradyukdan başqa yunan-Roma güləşçilərimizdən Elvin Mürsəliyev (74 kq) qızıl, Hacıxan Mustafayev (60 kq) və Rafiq Hüseynov (66 kq) bürünc medala yiyələniblər.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0