Draqolyub Bekvalaç: “Olimpik”dən güclü olduğumuzu Bakıdakı oyun da göstərdi”
01.08.2008 - 10:48
Draqolyub Bekvalaç: “Olimpik”dən güclü olduğumuzu Bakıdakı oyun da göstərdi”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Növbəti mərhələyə çıxan komandanın “Voyvodina”nın olacağına əminliyim təsadüfi deyildi. Çünki ilk oyunda qələbə qazandığımız üçün mərhələdə adlamaq şansımızın çox olduğunu bilirdim. Futbolçularına Bakıya uduzmağa getdiyimizi desəydim, onda dünyada ən pis əsgər olardım”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Bakının “Olimpik” klubunun UEFA kubokunda mübarizədən kənarlaşdıran Serbiyanın “Voyvodina” komandasının baş məşqçisi Draqolyub Bekvalaç deyib. İkinci mərhələyə çıxdıqlarına görə şad olan serbiyalı mütəxəssis futbolçulara minnətdarlığını bildirib: “Mərhələ adlamağa layiq idik. Cavab görüşü də bizim güclü olduğumuzu göstərdi. Futbolçularımız sona qədər mübarizə apararaq, lazım olan qolu vurdular. Sözsüz ki, komandamın belə oyunu məni razı saldı. Səfərdəki oyunda bizə qol vurmaq lazım idi ki, buna da nail olduq”. D.Bekvalaç “Olimpik”dən daha yaxşı hazırlıqlı olduqlarını söyləyib: “Yetirmələrim öz oyunu ilə bunu göstərdi. Bizim oyundan iki gün öncə elə bu stadionda keçirilən “İnter” – “Partizan” görüşünü izləmişdim. Bu matça baxandan həmyerlimiz kimi bizim də fiziki cəhətdən çatdırmayacağımızı düşündüm. Ancaq görünür, yanılmışam”.





0