Azərbaycan çempionu “Millətlər Kuboku” turnirinə dəvət alıb
01.08.2008 - 10:51
Bakı. Elşən Məmmədov - APA-Sport. Qazaxıstan Futbol İttifaqının (FSK) Futzal Departamenti Xəzəryanı türk dövlətlərinin iştirakı ilə “Millətlər kuboku” adlı turnirin təşkili təşəbbüsü ilə çıxış edib. “APA-Sport” agentliyinin məlumatına görə, artıq 2008-2009 mövsümündən startı nəzərdə tutulan turnirə Özbəkistan və Qırğızıstanın aparıcı futzal klubları ilə yanaşı, Azərbaycan çempionu “Araz” da dəvət olunub. FSK Futzal Departamentinin rəsmisi Oljas Abrayev bildirib ki, yarışların təmsilçi-ölkələrin ərazisində növbə ilə 5 dəfə təşkili planlaşdırılıb. Layihəyə əsasən, qonaq komandaların yerləşdirilmə və yemək xərclərini qəbul edən tərəf ödəməlidir.
Naxçıvanın “Araz” komandasının baş məşqçisi Böyükağa Hacıyev Qazaxıstandan belə bir təklif aldıqlarını təsdiqləyib. Lakin o, təklifə hələ konkret cavab vermədiklərini açıqlayıb: “Qazaxıstan tərəfi turnirin ilk mərhələsini 11-15 avqustda Karaqanda şəhərində təşkil etmək niyyətindədir. Eyni vaxtda İngiltərənin Mançester şəhərində keçiriləcək beynəlxalq turnirə dəvət almışıq. Hazırda sentyabrın ortalarında Bakıda keçiriləcək UEFA kubokunun seçmə qrup mərhələsinə hazırlaşırıq. Bu yarış öncəsi hansısa turnirə qatılacağımıza dair hələ qərar verməmişik”.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0