“Fənərbaxça” Bakının “İnter” klubunun potensial rəqibi oldu
01.08.2008 - 14:25
“Fənərbaxça” Bakının “İnter” klubunun potensial rəqibi oldu
Son Azərbaycan çempionu avqustun 6-da Serbiyada “Partizan” komandasını keçəcəyi halda, MTK (Macarıstan) – “Fənərbaxça” (Türkiyə) cütünün qalibi ilə görüşəcək. “Fənərbaxça” öz meydanında keçirdiyi ilk oyunda 2:0 hesablı qələbə qazandığını nəzərə alsaq, potensial rəqibimiz olmağa daha çox şanslıdır. İlk oyunlar avqustun 12-13-də, cavab görüşləri iki həftə sonra keçiriləcək.
Qeyd edək ki, “Fənərbaxça” avrokuboklarda ilk rəqibimiz olub. 1994-cü ildə Azərbaycan çempionu olan Tovuzun “Turan” klubu UEFA kubokunun ilkin təsnifat mərhələsində qarşılaşdığı Türkiyə təmsilçisinə səfərdə 0:5, Sumqayıtda 0:2 hesabı ilə uduzub.

“Anortosis” (Kipr) / “Rapid” (Avstriya) cütünün qalibi - “Olimpiakos” (Yunanıstan)
“Gimarayeş” (Portuqaliya) - “Höteborq” (İsveç) / “Bazel” (İsveçrə) cütünün qalibi
“Şaxtyor” (Ukrayna) – “Domjale” (Sloveniya) / “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi
“Şalke” (Almaniya) – “Atletiko” (İspaniya)
“Olborq” (Danimarka) / “Modriça” (Bosniya və Herseqovina) cütünün qalibi – “Reyncers” (Şotlandiya) / “Kaunas” (Litva) cütünün qalibi
“Barselona” – “Beytar” (İsrail) / “Visla” cütünün qalibi
“Levski” (Bolqarıstan) – “Anderlext” (Belçika) / BATE (Belarus) cütünün qalibi
“Standard” (Belçika) – “Liverpul” (İngilətərə)
“Tvente” (Hollandiya) – “Arsenal” (İngilətərə)
“Spartak” (Rusiya) – “Droqheda” (İrlandiya) / “Dinamo” (Ukrayna) cütünün qalibi
“Yuventus” (İtaliya) - “Tampere Yunayted” (Finlandiya) / “Artmediya” (Slovakiya) cütünün qalibi
“Brann” (Norveç) / “Ventspils” (Latviya) cütünün qalibi – “Marsel” (Fransa)
“Fiorentina” (İtaliya) – “Slaviya” (Çexiya)
“Qalatasaray” (Türkiyə) – “Styaua” (Rumıniya)
“Panatinaikos” (Yunanıstan) / “Dinamo” (Gürcüstan) cütünün qalibi – “Şerif” (Moldova) / “Sparta” (Çexiya) cütünün qalibi
0