Azərbaycan yığması Avropa çempionatında Almaniyaya 86 xal fərqi ilə uduzub
02.08.2008 - 10:34
Azərbaycan yığması Avropa çempionatında Almaniyaya 86 xal fərqi ilə uduzub
Bakı. Kənan Həsənov - APA-Sport. Rumıniyanın Tarqu Mures şəhərində 20 yaşadək basketbolçu oğlanlar arasında Avropa çempionatının B divizionunun oyunları start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın B qrupunda yer alan Azərbaycan milli komandası debüt matçında uğursuzluğa düçar olub. Oqtay Ağayevin rəhbərlik etdiyi yığmamız Almaniyaya 38:124 hesabı ilə uduzub. Qrupda keçirilən digər oyunda İsveç millisi Çexiyaya qalib gəlib - 93:88. Bu gün istirahət edəcək komandamız sabah İsveçlə, avqustun 4-də İrlandiya, 5-də isə Çexiya ilə qarşılaşacaq.
Qeyd edək ki, B divizionunda 4 qrupa səpələnməklə 19 komanda mübarizə aparacaq. Reqlamentə əsasən, yarışı ilk iki pillədə başa vuran yığmalar Avropa çempionatının nüfuzlu A divizionunda oynamaq hüququ qazanacaq.
0