Fərid Mansurov erməni, İlqar Abdulov isə türk rəqibi ilə mübarizə aparacaq
12.08.2008 - 13:17
Pekin. Elşən Məmmədov – APA-Sport. Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında sabah Azərbaycanın daha iki yunan-Roma güləşçisi – Fərid Mansurov və İlqar Abdulov mübarizəyə qoşulacaq. “APA-Sport”un məlumatına görə, 66 kq çəki dərəcəsində yarışan Olimpiya və dünya çempionu F. Mansurov 1/8 final mərhələsindən etibarən döşək üzərinə çıxacaq. 26 yaşlı pəhləvanımız ilk görüşündə Ukraynanın erməni əsilli güləşçisi Armen Vardanyanı sınağa çəkəcək. İ. Abdulov (74 kq) isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq. Onun rəqibi Türkiyədən Şərəf Tüfəng olacaq.
Qeyd edək ki, A. Vardanyan bu il F. Mansurovun qatılmadığı Avropa çempionatında qızıl medal qazanıb. Ş. Tüfəng isə son qitə birinciliyində gümüş medala sahib çıxıb.
Qeyd edək ki, A. Vardanyan bu il F. Mansurovun qatılmadığı Avropa çempionatında qızıl medal qazanıb. Ş. Tüfəng isə son qitə birinciliyində gümüş medala sahib çıxıb.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0