Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Belarus və Kipr klubları sensasiyaya imza atıblar
14.08.2008 - 10:51
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin 16 görüşü baş tutub. Bu qarşılaşmaların 4-də komandalardan biri böyük hesablı qələbə qazanaraq, yarışın qrup mərhələsinə vəsiqə əldə etmək üçün önəmli addım atıb. Dəfələrlə ÇL-in qrup mərhələsində iştirak edən “Barselona”, “Yuventus” və Kiyevin “Dinamo” klubu kimi “Anartosis” də ilk matçda böyük üstünlüyə yiyələnib. Sensasiyaya imza atan Kipr çempionu Yunanıstan “Olimpiakos”unu məğlub edib. İkinci təsnifat mərhələsində Belçikanın “Anderlext” klubunu mübarizədən kənarlaşdıran BATE bu dəfə də səfər oyununda uğurlu nəticə qazanıb. Belarus çempionu Bolqarıstanın “Levski” klubunu üstələməklə tarixində ilk dəfə qrup mərhələsinə düşməyə yaxınlaşıb. Azərbaycan çempionu “İnter”in üçüncü mərhələyə gedən yolunu kəsmiş “Partizan” isə Türkiyənin vitse-çempionu “Fənərbaxça” ilə qarşılaşmadan “sülh”lə ayrılıb – 2:2. Türkiyənin digər təmsilçisi “Qalatasaray”ın da ilk oyununda eyni hesablı heç-heçə qeydə alınıb. Lakin “Fənərbaxça”dan fərqli, ölkə çempionu səfərdə yox, öz meydanında bir xalla kifayətlənib.
Çempionlar Liqası, üçüncü təsnifat mərhələsi, ilk oyunlar
“Spartak” (Moskva, Rusiya) – “Dinamo” (Kiyev, Ukrayna) - 1:4
Bajenov, 4 – Banqura, 28, 46; Milevski 45, 85
“Şaxtyor” (Ukrayna) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:0
Srna, 3; Jadson, 31
“Levski” (Bolqarıstan) - BATE (Belarus) - 0:1
Rjevski, 60
“Tvente” (Hollandiya) – “Arsenal” (İngiltərə) - 0:2
Qallas, 63; Adebayor, 82
“Anortosis” (Kipr) – “Olimpiakos” (Yunanıstan) - 3:0
Torosidis, 5 (avtoqol); Sosin, 19; Laban, 87
“Brann” (Norveç) – “Marsel” (Fransa) - 0:1
Şeyru, 40
“Qalatasaray” (Turkiyə) – “Styaua” (Rumıniya) - 2:2
Nonda, 19; 47 – Moreno, 4; Nikoliue, 13
“Yuventus” (İtaliya) – “Artmedia” (Slovakiya) - 4:0
Kamoranezi, 7; Del Pyero, 26; Kyellini, 39; Leqrottalye, 90
“Sparta” (Çexiya) – “Panatinaikos” (Yunanıstan) - 1:2
Kuliç, 30 – Kuçera, 24 (avtoqol); Simao, 59
“Partizan” (Serbiya) – “Fənərbaxça” (Turkiyə) - 2:2
Panoviç, 11; Boqunoviç, 14 – Aleks, 45 (pen.); Quisa, 50
“Şalke-04” (Almaniya) – “Atletiko” (İspaniya) - 1:0
Pander, 30
“Barselona” (İspaniya) – “Visla” (Krakov, Polşa) - 4:0
Eto’O, 17; 84; Xavi, 24; Anri, 49
“Olborq” (Danimarka) – “Kaunas” (Litva) - 2:0
Kaka, 71; Kurz, 86
“Fiorentina” (İtaliya) – “Slaviya” (Çexiya) - 2:0
Mutu, 4; Cilardinyo, 59
“Gimaraynş” (Portuqaliya) – “Bazel” (İsveçrə) - 0:0
“Standard” (Belçika) – “Liverpul” (İngiltərə) - 0:0
Cavab oyunları avqustun 26-27-də keçiriləcək.

- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
0
0