Zemfira Meftahəddinova Pekin Yay Olimpiya Oyunlarında 15-ci yeri tutub
14.08.2008 - 11:00
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın ən titullu stend atıcısı Zemfira Meftahəddinova Pekin Olimpiadasında uğursuzluğa düçar olub. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün atəş xəttinə çıxan 45 yaşlı idmançı təsnifat mərhələsini adlamağı bacarmayıb. O, 75 mümkün xaldan 63-ni (22+21+20) toplayaraq, 15-ci pillədə qərarlaşıb. Z.Meftahəddinova ilk “altılığ”a düşə bilmədiyindən, final mərhələsində iştirakdan məhrum olub. Beləliklə, Sidneydə (2000-ci il) qızıl, Afinada (2004-cü il) isə bürünc medala layiq görülmüş stend atıcımız bu dəfə əliboş qalıb.
Qeyd edək ki, Z.Meftahəddinova Pekin Olimpiadasına birbaşa lisenziya ilə deyil, “wild-card”la qatılmışdı. O, iki il öncə 74 xal yığaraq, dünya rekordçusu olub.
Qeyd edək ki, Z.Meftahəddinova Pekin Olimpiadasına birbaşa lisenziya ilə deyil, “wild-card”la qatılmışdı. O, iki il öncə 74 xal yığaraq, dünya rekordçusu olub.
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0